Ermənistanda 6 dekabrda keçiriləcək referenduma “bəli” kampaniyasına “Qazprom-Armeniya” şirkəti də qoşulub.
Axar.az erməni mətbuatına istinadən xəbər verir ki, şirkət artıq Gümrüdəki əməkdaşlarını bu işlərə cəlb edib.
Məlumata görə, şirkətin qaz müfəttişləri evlərə gedərək vətəndaşların pasportlarını alır yalnız 7 dekabrdan sonra qaytarılacağını bildirirlər.
Qeyd edək ki, Ermənistanda 6 dekabrda konstitusiyaya dəyişikliyi ilə bağlı referendum keçiriləcək. Referendumda prezidentin səlahiyyətlərinin parlamentə verilməsi və dövlət başçısının xalq yox, parlament tərəfindən seçilməsi, prezidentlik müddətinin isə 5 ildən 7 ilə qaldırılması nəzərdə tutulur