Paris terrorundan sağ çıxan amerikalı, 11 sentyabr hadisələrini də yaşayıb

22-11-2015, 20:49           

Noyabrın 13-də Parisdə törədilən və 130 nəfərin ölümünə səbəb olan silsilə terror aktları zamanı sağ qalan amerikalı, 11 sentyabr 2011-ci il tarixində Nyu-Yorkda baş vermiş faciədə də xilas ola bilib.

36 yaşlı Metyu terrorçuların Parisin "Bataklan" konsert zalına hücumu zamanı ayağından güllə yarası alıb və o, özünü ölülüyə vurub.

Metyu bildirib ki, 2001-ci ildə Nyu-Yorkda əkiz binalara hücum edilən zaman, o düz həmin qüllələrin aşağısında olub.

Amerikalının sözlərinə görə, o, Manhettanın yarısını qaçıb, lakin "Bataklan"da yaşananlar daha pis olub. (report)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.