Nalçikdə zərərsizləşdirilən İŞİD-çilərin sayı 11 nəfər olub

22-11-2015, 21:21           
Nalçikdə zərərsizləşdirilən İŞİD-çilərin sayı 11 nəfər olub
Rusiyanın cənubunda yerləşən Nalçik şəhərində həyata keçirilən anti-terror əməliyyatı zamanı 11 yaraqlı neytrallaşdırılıb.

"Report" xəbər verir ki, bu barədə "İnterfax"a Milli Antiterror Komitəsinin (MAK) İnformasiya Mərkəzinin nümayəndəsi Aleksandr Polyakov məlumat verib.

Bunadək MAK Nalçik ətrafında 10 yaraqlının zərərsizləşdirildiyini məlumat vermişdi. Onların hamısı "İraq-Şam İslam Dövləti" terror qruplaşmasına sədaqət andı içiblər.

Həyata keçirilən xüsusi əməliyyat zamanı quldurların gizləndiyi istehkam aşkar edilib.

Terrorçular "silahı yerə qoyun" təklifinə atəş açaraq cavab veriblər.

Hazırda xüsusi əməliyyatın fəal fazası davam etdirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.