Türkiyə və Rusiya Qarabağa görə gizli sövdələşməyə gedə bilərlər - İLGİNC

23-11-2015, 13:40           
Türkiyə və Rusiya Qarabağa görə gizli sövdələşməyə gedə bilərlər - İLGİNC
ABŞ-ın nüfuzlu analitik mərkəzlərindən biri olan RAND korporasiyasının eksperti Ketlin Ridi Suriya münaqişəsi kontekstində Dağlıq Qarabağ probleminini şərh edib.

Modern.az saytının verdiyi xəbərə görə, Ketlin Ridi Ermənistan mətbuatına müsahibəsində deyib ki, Suriya böhranının Cənubi Qafqaza, o cümlədən Qarabağ probleminə təsiri məsələsində bir neçə ssenari nəzərdə tutula bilər.

Politoloqun fikrincə, Suriya konfliktinin diplomatik yolla həlli, Cənubi Qafqazla bağlı ən müsbət variant hesab olunmalıdır.

“Ən müsbət variant Suriya məsələsində diplomatik həllə nail olmaqdır. Suriyada təhlükəsizlik və sabitlik məsələləri ətrafında Türkiyə və Rusiyanın əməkdaşlığı üçün yeni presedent yaranacaq. Türkiyə ilə Rusiya ATƏT-in Minsk Qrupunun qalan üzvləri ilə pərdəarxası sövdələşməyə gedə bilərlər. Burada Dağlıq Qarabağ problemini birdəfəlik həll etmək üçün Azərbaycana və Ermənistana təzyiqin artırılmasının nəzərdə tutulması məsələsi ola bilər”,-deyə o bildirib.

Analitik qeyd edib ki, bununla da Ankara və Moskva öz strateji maraqlarına əsaslanaraq regional güc olmaq istəyirlər.

“Bununla belə, nəzərə almaq lazımdır ki, Rusiya və Türkiyənin maraqları Suriyada toqquşur. Rusiya öz limanlarınının möhkəmləndirilməsinə fokuslanıb, Türkiyə isə sərhədlərinin təhlükəsizliyi ilə məşğuldur. Bu iki ölkənin Suriyadakı maraqları ciddi şəkildə fərqlənir. Bu isə Cənubi Qafqazda kök salmağa, hansısa bir ümumi məqsədə nail olmağa imkan vermir. Əslində Rusiya və Türkiyə başqa bölgələrdə vəziyyət gərginləşdirmək üçün bu regionda öz addımlarını ata bilər. Belə olarsa, Suriya probleminin Cənubi Qafqaza təsir etməsi vacib deyil. Ancaq bu iki region daha böyük oyunun tərkib hissəsi ola bilər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.