Əhməd Zakkayev; " Məndə artıq 100% sübut var ki, bu gün İŞİD-ə rusiya xüsusi xidmət orqanları nəzarət edir." ŞOK İDDİA

24-11-2015, 00:05           
Əhməd Zakkayev; " Məndə artıq 100% sübut var ki, bu gün İŞİD-ə rusiya xüsusi xidmət orqanları nəzarət edir." ŞOK İDDİA
teref.az xarici mətbuata istinadən xəbər verior ki, çeçen lideri Əhməd Zakkayev iddialı bəyanatla çıxış edib. O deyib;
Bu gün İŞİD-i Rusiya xüsusi xidmət orqanları nəzarətdə saxlayır və Parij teraktı barədə Vladimir Putinin xəbəri var idi.

teref.az yazır ki, bu iddianı "Faktam nedeli s Oksanoy Sokolovoy" dərgisinə bazar günü 22 noyabrda çeçen siyasətçisi,tanınmamış çeçen respublikası İçkeriyanın Nazirlər Kabinetinin sədri Əhməd Zakkayev irəli sürüb.Əhməd Zakkayev:
" Məndə artıq 100% sübut var ki, bu gün İŞİD-ə rusiya xüsusi xidmət orqanları nəzarət edir. İŞİD-in nəzdində vuruşanlar Səddama sadiq olan İraq ordusunun hərbiçiləridirlər. Siz bilirsiniz ki, onlar Putinin və KQB- nin mütəfiqləri olublar. Birdə Şimali Qafqazdan ora göndərilmiş qüvvələr var. Bu qüvvələridə İŞİD- təzə yaranan vaxt ora göndərmişdilər. Bax bu agentura orda təsir qüvvəsinə malikdir və rus xüsusi xidmət orqanlarının nəzarətindədir." deyib.
Zakkayev həmdə "Putinin Parijdə nə olacağından tam xəbəri olduğundan əmin olduğunu" deyib.
"Bu hadisələr dünyada yalnız bir nəfərə siyasi nəticə və siyasi dividentlər gətirdi. O da Putin və onun rejimidir. Ona görə bu hadisələrin təsadüf və ya hansısa səbəbdən üst üstə düşdüyünü fikirləşmək ən azından sadəlöhvlük olardı.
Hər bir halda mən əminəm ki, bu hadisələr rejissor əməyinin nəticəsidir." deyə Əhməd Zakkayev əlavə edib.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.