`Rusiya təyyarəsini biz vurmuşuq` – Ərdoğan

24-11-2015, 14:39           
`Rusiya təyyarəsini biz vurmuşuq` – Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə hərbçilərinin Suriya səması üzərində Rusiyaya məxsus “Su-24” tipli təyyarəni vurması xəbərini təsdiqləyib.

AzVision.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyinin Türkiyə müxbiri Fərcan Yalinkilic öz “Twitter” səhifəsində yazıb.

Qeyd edək ki, dRusiya Müdafiə Nazirliyi də bu xəbəri təsdiqləyib.

Xatırladaq ki, Rusiyaya məxsus qırıcı təyyarə bu gün Türkiyənin Suriya ilə sərhəddindəki Hatay vilayətində vurulub. Hərbi təyyarə Türkmən dağı ərazisindəki Qızıldağ istiqamətində yerə düşüb

Təyyarə Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "F-16" qırıcıları tərəfindən vurularaq yerə salınıb. Pilotlar katapult edərək təyyarədən çıxa biliblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.