Üzvi gübrələrin bitkilər üçün hansı faydaları var?
Bu gün, 12:08
Təsərrüfat sahələrində geniş şəkildə istifadə olunan gübrə növlərindən biri də üzvi gübrələrdir.Torpağa zərər toxundurmadan bitkiləri zəruri olan qida maddələri ilə təmin edən gübrələr üzvi gübrələr olaraq adlandırılır. Üzvi gübrələrin ən böyük üstünlüyü təbii mənşəli olmasıdır. Bitkilərin qida mənbəyi olan üzvi gübrələrin tərkibi bitki, heyvan mənşəli, həmçinin müxtəlif məişət tullantılardan ibarət olur. Üzvi gübrələrin hansı növləri var?Üzvi gübrələrin növlərinə peyini, peyin şirəsini, torfu, müхtəlif kompostları, kənd təsərrüfatı istehsalatının tullantılarını, yaşıl gübrələri, biohumusu, bakterial gübrələri və digərlərini aid etmək olar.
Peyin üzvi gübrəsi:
Peyin gübrəsi müxtəlif heyvanların ifrazatından əldə olunur. Sözügedən gübrələr torpağı azot, fosfor və kaliumla zənginləşdirir və bitkilərin inkişafını sürətləndirir. Peyin torpaqda uzun müddət təsirliliyini qoruyub saxlayır.
Quş zılı üzvi gübrəsi:
Təsərrüfatlarda əsasən toyuq, göyərçin, ördək və qaz zılından istifadə olunur. Quş zılı tərkibində qida maddələrinin zəngin olması və sürətli təsirliliyi ilə seçilir.
Kompost üzvi gübrəsi:
Kompost gübrələr bitki və heyvan mənşəli tullantılardan və ya qalıqlardan ibarət olur. Sözügedən üzvi gübrə növü hazırlandığı xammal maddələrindən asılı olaraq torpağın tərkibini müxtəlif qida maddələri ilə zənginləşdirir. Kompost gübrələr torpağın strukturunu yaxşılaşdırır, nəmliyini qoruyur və pH səviyyəsini tənzimləyir.
Yaşıl gübrə:
Yaşıl gübrələr müxtəlif bitkilərin üzvi maddələrlə zəngin olan yaşıl hissələrindən əldə edilir. Yaşıl gübrə hazırlamaq üçün paхla, noхud, lobya, lərgə, payızlıq çöl noхudu, birillik üçyarpaq yonca və digər bitkilərdən istifadə oluna bilər. Yaşıl gübrə torpağın azot və digər üzvi maddələrlə zənginləşməsini təmin edir.Azot, fosfor və kalium gübrələri haqqında da maraqlı məlumatları kəşf edin.Üzvi gübrələrin hansı faydaları var?Təbii mənşəli olan üzvi gübrələr torpağı münbitləşdirir, torpağın pH səviyyəsini tənzimləyir və sututma qabiliyyətini yaxşılaşdırır. Sututma qabiliyyətinin stimullaşması sayəsində suvarma tələbatı azalır, həm suya qənaət edilir, həm də insan əməyindən istifadə azalır. Eyni zamanda, bitkilərin azot, fosfor, kalium, kalsium kimi zəruri olan makroelementləri və digər mikroelementləri qəbul etməsi üçün torpaqda mikroorqanizmlərin sayını artırır. Bundan başqa, üzvi gübrələr ətraf mühitin çirklənməsinin qarşısını alır.Ümumilikdə torpağa düzgün qaydada və zamanda tətbiq olunan üzvi gübrələrin faydalarını aşağıdakı kimi sıralamaq olar:
Torpaqda mikroorqanizmlərin sayını artırır;
Torpağın tərkibində yer alan qida maddələrinin miqdarını çoxaldır;
Torpaqda pH səviyyəsini tənzimləyir;
Bitkilərin böyüməsini sürətləndirir;
Bitkilərin xəstəliklərə və zərərvericilərə qarşı müqavimətini artırır;
Bitki inkişafının bütün mərhələlərində istifadə edilə bilər;
Bitkilərdə kök sisteminin inkişafını yaxşılaşdırır;
Torpağın su tutma qabiliyyətini artırır;
Toxumların cücərməsini sürətləndirir;
Suvarma ehtiyacını azaldır;
Məhsulun keyfiyyətini və saxlama müddətini artırır;
Ətraf mühitin çirklənməsinin qarşısını alır.
Mineral gübrələr haqqında haqqında da maraqlı məlumatları kəşf edin.Üzvi gübrələrdən hansı təsərrüfatlarda istifadə olunur?Üzvi gübrələr bitkilər üçün əsl qida mənbəyi olmaqla yanaşı, torpağın strkturunu da yaxşılaşdırır. Bu baxımdan üzvi gübrələrdən bütün təsərrüfat sahələrində, həmçinin istixanalarda bitkilərin yetişdirilməsi zamanı istifadə oluna bilər. Tətbiqdən öncə torpaq analizi aparmaq, ehtiyac uyğun üzvi gübrə növünü və miqdarını müəyyənləşdirmək faydalı olacaqdır. Üzvi gübrələrin satışıTəsərrüfat sahələrində sağlam bitkilər yetişdirmək, yüksək səviyyədə məhsul götürmək, həmçinin ətraf mühiti çirkləndirməmək üçün üzvi gübrələrdən istifadəyə üstünlük vermək faydalıdır. Fermerlər üzvi gübrələri təbii yolla hazırlamaqla yanaşı, ölkəmizin müxtəlif bölgələrində 200-dən çox satış nöqtəsi ilə təmsil olunan gubre.az aqrar ticarət şəbəkəsinidən də əldə edə bilərlər. Eyni zamanda, təsərrüfat sahibləri 828 qısa nömrəsi ilə əlaqə saxlayaraq və ya gubre.az veb saytına və sosial media hesablarına (Instagram, Facebook, LinkedIn) daxil olaraq sifarişlərini həyata keçirə bilər. Qeyd edək ki, subsidiyalı satış imkanlarından yararlanaraq və ya fermer kartı ilə bitki toxumlarını, həmçinin bitki qoruma və bitki qidalandırma vasitələrini əldə etmək mümkündür.