Peruda yol qəzası nəticəsində 7 nəfər ölüb, 30-dan çox insan yaralanıb

25-11-2024, 16:54           
Peruda yol qəzası nəticəsində 7 nəfər ölüb, 30-dan çox insan yaralanıb
Perunun şimalındakı San Martin bölgəsində avtobusun minik avtomobili ilə toqquşması nəticəsində 7 nəfər ölüb, 30-dan çox insan yaralanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə yerli KİV-lər ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, avtobus Moyobamba əyalətində Fernando Belaunde Terri şossesində “El Triunfo” kimi tanınan təhlükəli döngədə minik avtomobili ilə toqquşub. Nəticədə sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb.

Zərərçəkənlərin xəstəxanaya yerləşdirildiyi qeyd edilir.

KİV-in məlumatına görə, Piura bölgəsini tərk edən avtobusda 58 sərnişin olub ki, onlardan 23-ü məktəblidir.

Ölkənin təhsil naziri Morqan Kero başsağlığı verib və hökumətə dəstək vəd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru