Tramp milli təhlükəsizlik üzrə yeni müşavirinin adını açıqlayıb

18-09-2019, 18:25           
Tramp milli təhlükəsizlik üzrə yeni müşavirinin adını açıqlayıb
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə yeni müşaviri Robert O'Brayen olacaq.

"Report" xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp "Twitter" səhifəsində yazıb.

"Hazırda Dövlət Departamentində girovlarla iş üzrə prezidentin xüsusi elçisi kimi uğurla çalışan Robert O'Brayeni milli təhlükəsizlik üzrə yeni məsləhətçimiz olaraq təyin edəcəyimi elan etməkdən məmnunam. Robert ilə çoxdan və uzun müddət işləmişəm. O, işinin öhdəsindən əla gələcək", - D.Tramp yazıb.

Xatırladaq ki, ABŞ Prezidenti milli təhlükəsizlik üzrə müşaviri Con Boltonu ötən həftə istefaya göndərib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru