Türkiyə-Rusiya böhranı dərinləşir - Türklər Rusiyaya buraxılmır
25-11-2015, 21:06
Türkiyə ordusunun rus təyyarəsini vurmasından sonra iki ölkə arasındakı əlaqələr gərginləşməkdə davam edir.
Avropa.info xəbər verir ki, iki ölkə arasındakı təyyarə böhranı özünü uçuş səfərlərində də açıqca göstərməyə başlayıb.
Əldə olunan məlumata görə Rusiyaya səfər etmək istəyən türk iş adamlarına ölkəyə giriş icazəsi verilməyib. Dünən Rusiyanın Vnukova hava limanına enən türkiyəli iş adamlarına ölkəyə daxil olmaq üçün icazə verilmədiyi bildirilir.
Bu haqda məlumatı Türk Hava Yollarına yaxın mənbələr də təsdiqləyib. Məlumatda bu gün də Türkiyədən Rusiyaya gedən 8 nəfərin ölkəyə buraxılmadığı bildirilir.
Türklərin ölkəyə buraxılmamasının səbəbi kimi isə onların Rusiyaya gəlmə səbəbiinin kifayət qədər izah edilməməsi göstərilib.