Rusiyada “erməni soyqırımının” inkarına görə - 5 il həbs cəzası

25-11-2015, 22:28           
Rusiyada “erməni soyqırımının” inkarına görə - 5 il həbs cəzası
Rusiyalı deputatlar qondarma “erməni soyqırımının” inkarına görə 500 min rubl məbləğində cərimə və 5 ilə qədər azadlıqdan məhrum etmə cəzasını tətbiq etməyi təklif edirlər.

teref.az Oxu.Az-a istinadən yazır.

Məlumata görə, yeni qanun layihəsi Rusiya Dumasına müzakirəyə çıxarılması üçün təqdim edilib.

Qanun layihəsinə əsasən, 1915-1922 ci illər ərzində Osmanlı Türkiyəsində baş verən qondarma “erməni soyqırımının” inkar edilməsi, həmçinin bu cinayətlərə dəstək verilməsi 300 min rubl və ya iki illik əmək haqqı məbləğində cərimə, yaxud 3 ilə qədər azadlıqdan məhrum etmə cəzasını tətbiq etmək təklifi edilir.

Əgər “soyqırım” KİV-in istifadəsi ilə inkar edilirsə, tətbiq olunan cərimə məbləğinin yuxarı həddini 500 min rubla qədər, azadlıqdan məhrum etmə cəzasını isə 5 il müddətinə qədər qaldırmaq təklif olunur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.