“Əsəd rejimi və Rusiya ilə sazişə gedəcəyik” - Terrorçuların lideri indi də ABŞ-ı hədələyir

13-10-2019, 17:43           
“Əsəd rejimi və Rusiya ilə sazişə gedəcəyik” - Terrorçuların lideri indi də ABŞ-ı hədələyir
Suriyadakı kürd terrorçu qruplaşmasının komandanı Məzlum Abdi bəyan edib ki, əgər Birləşmiş Ştatlar Türkiyənin hücumlarının dayandırılmasına kömək etməsə, onlar Bəşər Əsəd rejimi və Rusiya ilə sazişə gedəcəklər.

Teref.az-ın «CNN» kanalına istinadən məlumatına görə, Abdi qeyd edib ki, onun Türkiyəyə qarşı düşmənçilik niyyəti yoxdur və onlrarla razılığa gəlmək istəyir. O. eyni zamanda Amerika Birləşmiş Ştatlarını (ABŞ) xəyanətdə və mənəviyyatsız davranışda günahlandırıb. Onun sözlərinə görə, ABŞ hakimiyyəti Türkiyənin Suriyada bu cür miqyaslı əməliyyat aparacağını gözləmirdi.

Xatırladaq ki, oktyabrın 9-da Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Suriyada «Sülh bulağı» hərbi əməliyyatının başlandığını elan edib. Ankara bildirib ki, bu əməliyyat terrorçu kürd fəhlə partiyasına (PKK) və İŞİD terrorçu qruplaşmaya qarşı aparılır.

Son məlumata görə, əməliyyat nəticəsində 480 terrorçu zərərsizləşdirilib. (Azpolitika.info)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru