Həkimlər ŞOKDA: kişi 8 il sinəsində bıçaqla yaşadı - FOTO

Bu gün, 15:44           
Həkimlər ŞOKDA: kişi 8 il sinəsində bıçaqla yaşadı - FOTO
Tanzaniya sakini səkkiz il sinə boşluğunda bıçaqla yaşayıb

Bu barədə "The Sun" məlumat yayıb.

Bildirilib ki, Tanzaniyada bir kişi sağ döş giləsinin altından irinli axıntılar şikayəti ilə Muhimbili Milli Xəstəxanasına müraciət edib. Onun nə döşündə ağrı, nə nəfəs darlığı, nə də öskürək və ya hərarət var olub. Həyati göstəriciləri normal olduğundan bu, həkimləri təəccübləndirib.

İlkin mərhələdə iltihabın səbəbi aydın olmayıb, ta ki pasiyent səkkiz il əvvəlki “şiddətli davanı” xatırlayana qədər. Həmin vaxt o, üz, bel, döş qəfəsi və qarın nahiyələrindən çoxsaylı yaralar almışdı. Ona tibbi yardım göstərilmişdi, lakin sinə boşluğunda bıçaq qaldığından xəbərsiz idi. Bu, yalnız rentgen müayinəsindən sonra üzə çıxıb.

Həkimlərin sözlərinə görə, bıçaq möcüzə nəticəsində ürək, ağciyərlər və iri qan damarlarına toxunmayıb. Ən kiçik yerdəyişmə belə kişinin həyatına son qoya bilərdi.

Cərrahlar mürəkkəb əməliyyat keçirərək metal bıçağı ehtiyatla çıxarıb və toxuma nekrozunun yaratdığı irini təmizləyiblər. Pasiyent reanimasiya şöbəsində 24 saat, sonra isə ümumi palatada 10 gün həkim nəzarətində qalıb.

Hesabata əsasən, bərpa prosesi fəsadsız keçib. Həkimlər belə halların olduqca nadir olduğunu, bunun isə “insan orqanizminin heyrətamiz davamlılığının” nümunəsi olduğunu bildiriblər./Publika.az/













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru