Moskva da Zəngəzurda reallaşacaq “Tramp yolu”nu dəstəklədiyini bəyan etdi
Bu gün, 12:59
Rusiya Ermənistanı “Tramp marşrutu” adlı nəqliyyat dəhlizi yaratmaq planlarında dəstəkləyəcək.
Gununsesi.info xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.
“Biz bu müstəvidə bu məsələni nəzərdən keçiririk. Ermənistan bizim strateji müttəfiqimizdir. Əgər Ermənistan hesab edir ki, onlar üçün nəsə xeyirdirsə, təbii olaraq biz də bu məsələdə Ermənistanı dəstəkləyirik”, – Overçuk qeyd edib.
Overçukun sözlərinə görə, İrəvanla Bakı hesab edirsə ki, Vaşinqtonda müvafiq bəyannamənin imzalanması daha böyük təhlükəsizlik təminatları verir, bu, yaxşıdır: “Biz Cənubi Qafqazda sülh proseslərini də dəstəkləyirik. Bu, Rusiyanın maraqlarına bütövlükdə cavab verir”.