“Yelləncəklər qırılıb, işıq dirəkləri sınıb, fəvvarələr isə işləmir… – VİDEO

Bu gün, 12:18           
“Yelləncəklər qırılıb, işıq dirəkləri sınıb, fəvvarələr isə işləmir… – VİDEO
Bir vaxtlar insanların asudə vaxtlarını keçirdikləri park indi baxımsız qalıb… Yelləncəklər qırılıb, işıq dirəkləri sınıb…
TEREF xezerxeber.az-a istinadən xəbər verir ki, Göyçayda salınan parkın sadəcə olaraq adı qalıb. öyük bir ərazini əhatə edən və gediş gəlişin gur olduğu bir ərazidə yerləşən Park bir neçə il əvvəl salınıb.

Son zamanlar baxımsız qalan parkdakı ağaclar və bəzək kollarının bir çoxu quruyub. İşıq dirəkləri sınıb və yaxud sındırılıb. Eləcə də məhəcərlərin üzərində quraşdırılan işıq plafonlarının çoxu qopardılıb. Bundan əlavə parkdakı fəvvarələr də yarasız haldadır..

Baxımsızlıq üzündən fəvvarələr işləmir. Sındırlımış və dağıdılmış detallar aylarla fəvvarələrin hovuzunda yığılıb qalıb. Nəzarətsizlik üzündən suvarma suyu hara gəldi axıdılır. Bu park öz gəncliyini və gözəlliyini yaşamadan solub gedir.

Rayon şəhər nümayəndəliyindən “Xəzər Xəbər”ə bildirildi ki, Göyçay şəhərində yerləşən sözü gedən parkda mövcud vəziyyətlə bağlı məlumatımız var. Parkda ümumilikdə işıq xətlərində və fantanlarla və parkın digər yerlərində problemlərlə bağlı işlər görüləcək. Bu məsələlərlə bağlı tender keçiriləcək. Bundan sonra problem aradan qadırlacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru