Böhranı idarə etmək üçün qızıl qayda: sakit qalmaq

Bu gün, 12:08           
Böhranı idarə etmək üçün qızıl qayda: sakit qalmaq
Adil Alper Coşkun
İnşaat mühəndisi, layihə meneceri

Yüksək riskli və təzyiq altındakı vəziyyətlərdə əsas qayda sakit qalmağı bacarmaqdır. Gündəlik göstəricilər mənfi siqnallar versə belə, edə biləcəyinizin ən yaxşısını etmək, daha sonra isə həm özünüzdə, həm də qurduğunuz sistemdə mövcud çatışmazlıqları müəyyənləşdirmək lazımdır. Bu çatışmazlıqları aradan qaldırmaq üçün düzəldici addımlar atmaq və inkişaf olub-olmadığını görmək üçün bir addım geri çəkilərək sistemi izləmək ən doğru yanaşmadır.

Unutmayın: Böhranlar hər zaman olacaq və əslində inkişafın təbii hissəsidir. Böhranı sakit qalaraq düzgün idarə etdikdə, enişin ardınca gələn yüksəliş mükafatı sizi gözləyir.

Psixoloji savaşı qazanmaq

Mühitdə gərginlik varsa, edə biləcəyiniz ən yaxşı addım rahat davranmaqdır. Çünki idarəetmə itirildikdə, onu mütləq kimsə ələ almalıdır. Hazırlıqlı olmaq, hər kəs əlindəki səhmləri paniklə satarkən onları toplayan investora bənzəyir. Böhran bitdikdən sonra isə həmin investorun əlindəki dəyər bir neçə dəfə artır.

Bu “dəyər” maddi qazanc ola biləcəyi kimi, nüfuz (etibar) da ola bilər və nəticədə o da maddiyyata çevrilə bilər. Bütün savaşlar əvvəlcə zehində qazanılır: psixoloji savaşı qazanan sonradan texniki və mali mübarizələri də qazanır. Bunun üçün mühitin psixologiyasını düzgün oxumaq, tərəfdaşların güclü və zəif tərəflərini analiz etmək vacibdir. Bəzən birbaşa yox, dolayı təzyiq daha təsirli olur. Ölçülü və davamlı təzyiq isə rəqiblərinizi zamanla zəiflədir.

Texniki və mali cəbhə

Texniki və mali qarşıdurmalarda vaxtında və düzgün aparılmış yazışmalar sizin sursatınızdır. Bu sursatı daim yeniləyin, amma lazım olmadıqca hamısını istifadə etməyin. Çünki növbəti krizin nə vaxt, haradan və hansı miqyasda gələcəyi bəlli deyil. Bunun üçün “risk qeydiyyat dəftəri” tutmaq faydalı olar. Beləliklə, mümkün böhranların haradan gələ biləcəyini müəyyən qədər əvvəlcədən görə bilərsiniz.

Bəzən qazandığınız üstünlük diplomatik səbəblərlə masa arxasında itki kimi görünə bilər. Belə hallarda “bir qoyun verib bir dəvə almaq” prinsipi ilə hərəkət edin.

Zəfər anı

Toz-duman çəkildikdə, zəfəri bölüşməyə və ya mənimsəməyə çalışanlar olacaq. Onlara nəzakətli, amma qətiyyətli şəkildə yerinizi xatırladın, lakin birbaşa mübahisədən qaçının.
Yekun olaraq: Həyatda uğurun açarı, növbəti böhrana hazır olmaqdır. Sizi parladan isə hər böhranda qazandığınız medallardır - ta ki yeni bir böhran başlayana qədər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru