Maştağada evlərin qapısı qəbiristanlığa açılır:

Bu gün, 15:18           
Maştağada evlərin qapısı qəbiristanlığa açılır:
Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zeytun bağları adlanan ərazidə yaşayış sahəsi qəbiristanlığın əhatəsində yerləşir.

TEREF Xəzər TV-yə istinadən məlumat verir ki, məzarlığın dörd bir tərəfi açıqdır, yaşayış evləri ilə əhatələnib, hasarı və qapısı yoxdur.

Sakinlərdən bəziləri axşamlar bu ərazidən keçərkən ehtiyatlandığını, kimisi hasar olmadığından ərazinin kənar şəxslər tərəfindən korlandığını, kimisi isə sahibsiz heyvanların məskəninə çevrildiyini bildirib. Onlar qeyd edirlər ki, uşaqlar məzarların üzərində oynayırlar.

Sabunçu Rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nümayəndəsinin müavini Ramin Ağazadə bildirib ki, qəbiristanlıq 1975-80-ci illərdə əhali tərəfindən salınıb, ötən illər ərzində hər hansı bir qurumun balansına verilməyib.

Qeyd olunub ki, ərazinin hasarlanması məsələsinə məzarlığın aidiyyəti qurumun balansına verilməsindən sonra baxıla bilər.

Ətraflı süjetdə:














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru