Zəngəzurla bağlı TƏCİLİ xəbər: İran da razılığa gəldi

Bu gün, 11:08           
Zəngəzurla bağlı TƏCİLİ xəbər: İran da razılığa gəldi
Ermənistan və ABŞ “Tramp körpüsü”nə (Zəngəzur dəhlizi) nəzarət etmək üçün birgə şirkət yaradacaq.

Bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan açıqlama verib. Onun sözlərinə görə, layihənin şərtləri İranla razılaşdırılıb və Tehran tərəfinin təhlükəsizliklə bağlı narahatlıqları nəzərə alınıb.

Xatırladaq ki, bir müddət əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusunun siyasi məsələlər üzrə müavini, general Yadollah Cavani Azərbaycanı və Ermənistanın baş naziri Nikol Paşinyanı sərt tənqid edərək iki lkəninUkrayna Prezidenti Volodimir Zelenskinin səhvini təkrarladıqlarını iddia etmişdi.


Daha sonra məsələ ilə bağlı İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi çıxış edərək Zəngəzur dəhlizində “Tramp marşrutu”na təhlükə olduğu barədə yayılan məlumatları təkzib edib. O, İran və Ermənistan arasında mehriban qonşuluq münasibətlərinin davam etdiyini vurğulayıb./globalinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru