Qod Nisanov oğluna toy edir - AZƏRBAYCAN MƏMURLARI QATILACAQMI?

Bu gün, 12:32           
Qod Nisanov oğluna toy edir - AZƏRBAYCAN MƏMURLARI QATILACAQMI?
Rusiyanın Azərbaycan əsilli milyarderi Qod Nisanov oğluna toy məclisi təşkil edir.

Gununsesi.info-nun özəl mənbələrdən əldə etdiyi xəbərə görə, toy iş adamının özünə məxsus sarayların birində təşkil olunacaq.

Qod Nisanovun qohum olduğu ailəyə gəlincə, bildirilir ki, iş adamı öz yaxın qohumları ilə quda olur.

Qod Nisanovun Azərbaycanın yüksək vəzifəli şəxslərlə yaxınlığını nəzərə alsaq, o zaman həmin şəxslərin də toya dəvətli olması şübhə doğurmur.

Ancaq son zamanlar Rusiya ilə yaşanan gərginlik fonunda azərbaycanlı nazirlərin bu toya gedəcəyi inandırıcı deyil.

Qeyd edək ki, elə bugünlərdə DİN rəhbəri Vilayət Eyvazov Rusiyada təşkil olunan tədbirdə iştirakdan imtina edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru