"Apple" AI ilə işləyən masaüstü robot hazırlamağı planlaşdırır

Bu gün, 12:58           
"Apple" AI ilə işləyən masaüstü robot hazırlamağı planlaşdırır
"Apple" şirkəti süni intellekt (AI) ilə işləyən cihazlar çeşidini AI ilə işləyən masaüstü robot hazırlamaqla genişləndirməyi planlaşdırır.

Bunu "Bloomberg" agentliyi adı çəkilməyən mənbələrə istinadən bildirir.

Məqalədə deyilir: "AI sahəsində strateqiyanın mərkəzində 2027-ci ildə buraxılması planlaşdırılan virtual yoldaş olacaq masaüstü robot dayanır".

Agentliyin məlumatına görə, şirkət artıq növbəti il ekranlı ağıllı kolonka istehsal etməyi planlaşdırır. Bu kolonka ağıllı ev funksiyaları olan məhsulların təşviqinin bir hissəsi olacaq.

Nəşrdə qeyd olunur ki, "Apple" ev təhlükəsizliyini artımın prioritet istiqamətlərindən biri kimi qiymətləndirir. Mütəxəssislər "Apple" təhlükəsizlik sistemi ilə yeni kameralar yaratmağı və ağıllı evin bəzi funksiyalarını avtomatlaşdırmağı planlaşdırırlar.

Bundan əvvəl "Hi-Tech Mail" portalı bildirmişdi ki, sentyabr ayında "iPhone 17" model sırasının təqdimatı gözlənilir və keçən ilki modellər isə daha ucuzlaşacaq. Lakin Apple smartfonu almaq üçün ən əlverişli vaxt sentyabr deyil, mart ayıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru