"Formula-1" pilotu Oskar Piastri xərçəngdən əziyyət çəkən uşaqlar üçün xeyriyyə səfiri oldu

Bu gün, 15:28           
"Formula-1" pilotu Oskar Piastri xərçəngdən əziyyət çəkən uşaqlar üçün xeyriyyə səfiri oldu
"Formula-1"in avstraliyalı sürücüsü, "McLaren" komandasının üzvü Oskar Piastri uşaq xərçəngi ilə mübarizə aparan xəstələrə dəstək göstərən "My Room" xeyriyyə fondunun səfiri olub.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə pilot özünün sosial media hesabında xəbər verib.

Piastri bildirib ki, bu il Avstraliya Qran-prisində fond vasitəsilə xərçəngdən əziyyət çəkən Kruz adlı uşaqla tanış olub:

"Komandam Kruzu yaxından izləyirdi və mən xeyriyyəçiliyin mahiyyətini, uşaqlara necə dəstək verdiklərini daha yaxşı anladım. Hər hansı bir xərçəng çox dağıdıcıdır, xüsusən də uşaqlar üçün. Ona görə də qürurla elan edirəm ki, "My Room" fondunun səfiri olacağam. Əlimizdən gəldiyi qədər çox vəsait toplamaq, bu xəstəliklə bağlı maarifləndirmə aparmaq və uşaqlara mənəvi dəstək vermək üçün işləməyə başlayıram".

Sürücü təşəbbüsünə dəstək verən hər kəsə təşəkkür edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru