Xamenei ABŞ-la danışıqlara razılıq verdi

Bu gün, 10:58           
Xamenei ABŞ-la danışıqlara razılıq verdi
İran Ali Rəhbəri Əli Xamenei nüvə proqramı ətrafında onilliklərdir davam edən gərginliyi həll etmək üçün ABŞ-la danışıqlara meyllənib.
TEREF bildirir ki,Globalinfo.az-ın xəbərinə görə, bu barədə “reuters” diplomatik mənbələrə istinadən məlumat yayıb.

Xəbərdə qeyd olunur ki, İran rəhbərliyi hazırkı vəziyyətdə nüvə məsələsində kompromisə getməyin gərginliyin böyüməsi və ölkənin təhlükəsizliyinə təhdid yaranmasının qarşısını almaq üçün yeganə yol olduğunu düşünür. Mənbələrin sözlərinə görə, Xamenei hərbi qarşıdurmanın bədəlini gördüyü qənaətinə gəlib.

Qərb diplomatları bildirirlər ki, İran hökuməti heç vaxt indiki qədər həssas vəziyyətdə olmayıb. Ölkədə müharibə riski, beynəlxalq təcrid, iqtisadi çətinliklər, su və elektrik çatışmazlığı ilə bağlı narazılıqlar artır. Gündəlik elektrik kəsintiləri və su böhranı bizneslərə ciddi zərbə vurur, bu isə hökumətə daxili və xarici təzyiqləri daha da gücləndirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru