Sakit okeanın dibində 15 metr hündürlüyündə "divar" tapıldı VİDEO

Bu gün, 15:48           
Sakit okeanın dibində 15 metr hündürlüyündə "divar" tapıldı  VİDEO
Sakit okeanın təxminən 2 040 metr dərinliyində, elm adamları böyük bir geoloji struktura - 15 metr hündürlüyündə, 11 metr uzunluğunda və 4 metr enində olan nəhəng "divara" rast gəliblər.

Oxu.Az bu barədə "IFLScience" portalına istinadla xəbər verir.

Kəşf Yer üzündəki ən böyük dəniz qoruğu olan Papahanaumokuakea ərazisində aparılan dərin sualtı tədqiqat zamanı edilib.

Ekspedisiya zamanı uzaqdan idarə olunan sualtı aparat vasitəsilə dəniz dibinin xəritələşdirilməsi aparılıb.

Birinci dalma zamanı alimlər böyük şüşə süngərlər və 1 metrdən çox ölçüdə olan "son dərəcə böyük" hidroid orqanizm aşkar ediblər. Digər diqqətəlayiq müşahidələr arasında dəniz donuzları, nadir meduzalar və ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus batmış təyyarə gəmisi olub.

Lakin ən maraqlı tapıntı doqquzuncu dalma zamanı üzə çıxıb - vulkanik mənşəli, bərkimiş maqma təbəqəsindən yaranmış möhkəm daş "divar". Onun axına qarşı tərəfi "Hemicorallium" mərcan koloniyaları və iri "Primnoid" mərcanları ilə örtülüb.

Alimlər bildirirlər ki, bu tip vulkanik divar əvvəllər mövcud qayaların çatlarında maqmanın donması nəticəsində yaranır. İndi isə bu qədim geoloji quruluş dəniz dibində yaşayan mərcanlar və digər canlılar üçün sığınacaq rolunu oynayır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru