"Plug-in" hibrid avtomobil sahiblərinin NƏZƏRİNƏ VİDEO
Bu gün, 15:37
Donmaya qarşı müqaviməti az olan yağlar hibrid və yaxud da "plug-in" hibrid avtomobillərin mühərrikinə zərər vurur. İstehsal ili yeni olsa da, həmin avtomobillərdə bir müddət sonra yağ azalması baş verir. Nəzərə alsaq ki, hər keçən gün hibrid və yaxud da "plug-in" hibrid avtomobillərinə maraq çoxalır, bu da bir o qədər problem deməkdir.
TEREF Xəzər TV-yə istinadən məlumat verir ki, yağlar üzrə mühəndis Aftil Əliyevin sözlərinə görə, "plug-in" hibrid avtomobillərinə istehsalçının tələbinə uyğun yağ tökülmədikdə, mühərrik üçün ciddi risk yaradır. Yağ tez qızır və getdikcə azalma müşahidə olunur.
Mütəxəssislər deyirlər ki, yağ seçimi zamanı avtomobilin servis kitabçasında qeyd edilən göstəricilər əsas götürülməlidir. Bu o deməkdir ki, "plug-in" hibrid avtomobillərdə yağ seçimi məsələsində edilən kiçik səhv böyük ziyana səbəb ola bilər.