Ən yaxşı və ən ucuz üç smartfon - Hansını alaq?
Bu gün, 16:18

"Palach" portalının redaksiyası qiyməti 10 min rubldan (213 manat) artıq olmayan üç ən yaxşı əlçatan smartfonun siyahısını tərtib edib.
TEREF xəbər verir ki, siyahını 5,1 min rubldan (109 manat) başlayan qiymətlə Realme Note 60X açır. O, 6,74 düymlük HD+ (IPS) ekran, 90 Hz yenilənmə tezliyi, 560 nit parlaqlıq, Unisoc Tiger 612 çipi, 5 və 8 MP kameralar, 5000 mAh batareya (10 Vt yavaş enerji yığma), IP54 toz və suya qarşı qoruma, microSD yaddaş kartı yuvası və qulaqcıq girişi ilə təchiz edilib.
İkinci yerdə 6,8 min rublluq (145 manat) Oppo A5x var. O, IP65/MIL-STD-810H standartlarına uyğun qorunan korpusa, 6,67 düymlük HD+ (IPS) ekrana, 1000 nit parlaqlıq, 90 Hz yenilənmə tezliyi, Snapdragon 6s Gen 1 çipi, 32 MP kamera, İK-port, qulaqcıq girişi və 6000 mAh batareyaya (45 Vt sürətli enerji yığma) malikdir.
Üçlüyü 7,2 min rublluq (153 manat) Infinix Hot 50i tamamlayır. Model 6,7 düymlük HD+ (IPS) ekran, 120 Hz yenilənmə tezliyi, 500 nit parlaqlıq, MediaTek Helio G81 çipi, 48 MP kamera, 5000 mAh batareya, IP54 qoruma, stereo dinamiklər, qulaqcıq girişi və NFC dəstəyi ilə fərqlənir.(Publika.az)