Boliviya polisi silahlı qüvvələri ölkədə asayişin təmin olunmasına kömək etməyə çağırıb

12-11-2019, 08:11           
Boliviya polisi silahlı qüvvələri ölkədə asayişin təmin olunmasına kömək etməyə çağırıb
Boliviya prezidenti Evo Moralesin istefasına baxmayaraq, ölkədə vəziyyət hələ də gərgin olaraq qalır.

APA TASS-a istinadən xəbər verir ki, ölkədə müxalifət tərəfdarları ilə istefa verən prezident qüvvələri arasında toqquşmalar səngimir.

La Pas şəhərinin təhlükəsizlik rəhbəri Xose Antonio Barreneseya ötən gün ölkədə sabitliyin bərpası istiqamətində qan tökülməməsi məqsədilə əhaliyə çağırış edib.

Boliviya polisi iğtişaşların qarşısının alınması, sabitliyin bərpa edilməsi üçün kifayət qədər gücü olmadığını bildirib.

Elə bu səbəbdən də yerli polis tərəfindən respublikanın silahlı qüvvələrinə müraciət edilərək ölkədə nizam yaratmaq üçün yardım edilməsi istənilib.

Qeyd edək ki, bu ilin oktyabrın 20-də Boliviyada keçirilən prezident seçkilərində qalib olmuş Evo Morales noyabrın 10-da istefa verib. Buna səbəb silahlı qüvvələrin, müxalifət və həmkarlar ittifaqlarının onun vəzifəsini tərk etməsi tələbi olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru