Tramp 40 il əvvəl verilmiş cəzanın vaxtını uzatdı

13-11-2019, 03:53           
Tramp 40 il əvvəl verilmiş cəzanın vaxtını uzatdı
Donald Tramp 1979-cu ildə Tehranda tələbələrin ABŞ səfirliyini zəbt etməsindən sonra prezident Cimmi Karterin imzaladığı 12170 saylı icra sərəncamının vaxtını uzadıb

ABŞ Prezidenti Donald Tramp İrana qarşı 40 il əvvəl qəbul edilmiş sanksiyaların müddətini növbəti dəfə uzadıb.

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, bu barədə ABŞ liderinin Konqressə ünvanladığı məktubda deyilir.

"Bizim İranla münasibətlərimiz hələ normallaşmayıb", - Tramp deyib.
O, 1979-cu ildə Tehranda tələbələrin ABŞ səfirliyini zəbt etməsindən sonra prezident Cimmi Karterin imzaladığı 12170 saylı icra sərəncamının vaxtını uzadıb. Bu sərəncam ABŞ-a İrana sanksiya və digər ölçülər tətbiq etmək, eləcə də bu ölkə ilə ticarəti tənzimləmək üçün geniş səlahiyyətlər verir. Sənəd xüsusilə ABŞ-ın yurisdiksiyasında olan istənilən sahədə İranın istənilən dövlət mülkiyyətinə sahibliyinə maneə yaradır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru