Rusiyanın Baş Prokuroru Yuriy Çaykanın ailəsinin kriminal biznesi VİDEOFAKT

3-12-2015, 16:10           

teref.az rusiya mediasına istinadən yazır ki, Rusiyanın Baş Prokuror Yuri Chayka dekabrın 3-də "Interfakc" dedi, Navalnının KMF (Korrupsiyayla Mübarizə Fondu) nun Çaykanın ailəsi haqqında apardığı araşdırma və bu araşdırmanın nəticəsində çəkilmiş film "yalançı" və "tapşırığ"-ın nəticəsidir.
Baş Prokuror Yuri Çayka dedi;
"Mənim üçün aydındır ki, bu araşdırma müəlliflərin pulu ilə aparılmayıb. Bu araşdırma saxtadır və mən bunun arxasında kimlərin dayandığını bilirəm. Burda böyük pulların iyi gəlir!"

Çayka əlavə edib;
" Mən təkrar edirəm, mən bu işin arxasında kimlərin dayandığını bilirəm və bu yaxınlarda açıqlama verəcəm!"

Navalnının KMF-u baş prokurorun ailəsi haqda apardığı araşdırmanın gəldiyi əsas nəticələr - qətllər, reyderlik, Afon sahilində villa.

Navalnının Korrupsiya ilə Mübarizə Fondu Rusiyanın Baş Prokurorunun ailəsinin kriminal biznesi ilə bağlı böyük zəhmətlə faktları toplamışdır. Araşdırmada Baş Prokurorun oğlanlarının necə milyardlar qazanmağa başladığı haqqında materiallar yığılmışdı.
Dekabrın 1 də Navalnının Fondu Rusiyanın Baş Prokurorunun ailəsinin kriminal biznesi və bu biznesi hansı cinayətlər bahasına əldə etdiyi haqda araşdırma-filmi publikaya təqdim etdi.
Rusiyanın Baş prokuroru Yuri Çaykanın oğlu Artyem Çaykanın Yunanıstanda oteli, cinayət yolu ilə əldə edilmiş pulları ötürmək üçün Şveçariya banklarında hesablar və sairə...
İsveçrə prokurorluğu Rusiyanın baş prokurorunun ailəsinin kapitalının mənşəyi ilə maraqlanıb

“Настоящее Время” portalı İsveçrənin Baş prokurorluğuna Rusiyanın baş prokuroru Yuriy Çaykanın oğlu Artyom Çaykanın bu ölkədəki fəaliyyəti ilə bağlı sorğu göndərib. Prokurorluq bu sorğunu araşdırmağa başlayb və ən qısa zamanda cavab verməyə söz verib.

Aleksey Navalnının korrupsiya ilə mübarizə fondu çərşənbə axşamı günü baş prokurorun oğullarının biznesinə həsr olunmuş araşdırmanı dərc edib. İlyarım davam etmiş araşdırmanın yekunları fondda Çayka ailəsinin biznesinin qanuniliyi barədə şübhələr yaradıb.

Artyom Çayka İsveçrə sakinidir. Onun bu ölkədə yaşama icazəsi var. Pullarını İsveçrə banklarında saxlayan Çaykanın hesablarına Murat Xapsirokovun hüquq kontorası xidmət göstərir. Onun atası Nazir Xapsirokov Baş Prokurorluğun işlər idarəsinin keçmiş rəhbəri, hazırda isə Adıgeydən seçilmiş senatordur.

Bu şirkətin partnyoru İsveçrənin Vo (Vaud) kantonunun Miqrasiya xidmətinin keçmiş rəhbəri François Tarindir.

Hesabatla bağlı “Настоящее Время”nın müxbiri François Tarinlə əlaqə saxlayıb. Ancaq isveçrəli hüquqşünas Artyom Çaykanın adını eşidən kimi dəstəyi asıb.

Rusiyanın baş prokurorluğu “Novaya qazeta”nın sorğusuna rəsmi cavabında bildirib ki, prokurorluq öz işçilərinin yetkinlik yaşına çatmış qohumlarının əmlakı barədə məlumatı yoxlamağa borclu deyil.

Rusiya Prezidentinin sözçüsü Dmitriy Peskov isə deyib ki, Kremldə sözügedən hesabatı görməyiblər.
teref.az Navalnının KMF- nin 1 il çəkən əziyyətli zəhmətlrinin nəticəsi olan " Rusiyanın Baş Prokuroru Çayka ailəsinin kriminal işi" filmini təqdim edir;














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.