Ukrayna və Ermənistan arasında gərginlik - Kiyevdən BƏYANAT

13-11-2019, 22:06           
Ukrayna və Ermənistan arasında gərginlik - Kiyevdən BƏYANAT
Ukraynanın İrəvandakı səfirliyi Ermənistan vətəndaşlarının işğal altındakı Krım bölgəsinə qanunsuz səfərləri ilə bağlı bəyanat yayıb.

Unikal.org xəbər verir ki, bəyanatda ermənilərdən Rusiyanın işğalı altında olan Ukrayna ərazilərinə qanunsuz səfər etdiyi bildirilib.

Səfirlik Ermənistan vətəndaşlarını işğal bölgəsinə getmək qaydalarına əməl etməyə çağırıb.

Səfirliyin açıqlamasında bir qrup Ermənistan vətəndaşının Krım ərazisinə növbəti qanunsuz səfəri barədə məlumatın verildiyi və işğal olunmuş ərazilərə giriş qaydalarını pozduğu qeyd edilib.

Açıqlamada bu addımın cinayət xarakterli olduğu bildirilib.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Nağdalyan açıqlama yayaraq, Ukrayna tərəfinin bu ittihamını təkzib edib: "Ermənistan beynəlxalq öhdəliklərə sadiqdir və beynəlxalq insan haqları çərçivəsində heç vaxt öz vətəndaşlarının sərbəst hərəkətinə mane olmur".

Rəsmi İrəvanın bu cavabı Kiyevi qane etməyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.