İranın XİN rəhbəri Davos forumunda iştirakdan imtina edib

15-01-2020, 02:37           
İranın XİN rəhbəri Davos forumunda iştirakdan imtina edib
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Davosda (İsveçrə) keçiriləcək Ümumdünya İqtisadi Forumunda iştirakdan imtina edib.

Bu barədə forumun prezidenti Byorq Brendə istinadən “Associated Press” agentliyi bildirib.

"Bizim fikirimizcə, ləğv (səfərin ləğvi - red) regionda qeyri-sabit vəziyyət və İranda baş verən hadisələr fonunda olub", - Brend bildirib.

Agentlik qeyd edib ki, Zərifin imtinası forumda ABŞ və İran nümayəndələrinin görüşü imkanını istisna edir.

Qeyd edək ki, Davos forumu yanvarın 21-dən 24-dək keçiriləcək.

Yanvarın 7-də ABŞ məmuruna istinadən “Reuters” agentliyi bildirib ki, ABŞ Zərifə viza verməkdən imtina edib. O, BMT nizamnaməsinə riayət olunması məsələsi ilə bağlı Təhlükəsizlik Şurasının daha əvvəl planlaşdırılmış müzakirələrində iştirak etməli idi.//Report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru