Pentaqon İŞİD-ə qarşı mübarizədə Rusiyanın təklifin rədd edib
26-12-2015, 13:13
ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) İŞİD-lə (“İslam dövləti”) mübarizədə Rusiya ilə əməkdaşlıqdan imtina edib. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Nazirliyin rəsmi nümayəndəsi Mişel Baldans məlumat verib. Onun sözlərin görə Pentaqon Rusiya ilə İŞİD-ə qarşı mübarizəni yalnız rəsmi Moskva prezident Bəşər Əsədin siyasi gələcəyi ilə bağlı mövqeyini dəyişdikdən sonra ümid edə bilər.
Bundan əvvəl, Rusiya Baş Qərargahının operativ idarə rəsi igenerel-leytenant Sergey Rudskoy ölkəsinin İŞİD-in mövqeləri ilə bağlı ABŞ-a müntəzəm məlumat ötürdüyünü, lakin qarşı tərəfin kəşfiyyat məlumatı mübadiləsinə qoşulmadığını demişdi.