"Rusiya ilə danışıqlar aparırıq, amma mövzu İŞİD deyil" - "Taliban"dan açıqlama
26-12-2015, 20:57
“Taliban” Rusiya XİN nümayəndəsi Zamir Kabulovun bu hərəkatla əməkdaşlıq etməsi barədə açıqlamasına şərh verib.
Avropa.info xəbər verir ki, rusiyalı dövlət adamı Rusiyanın Əfqanıstanda İŞİD-ə qarşı kəşfiyyat məlumatlarının mübadiləsi sahəsində “Talbanla” əməkdaşlıq etdiyini bildirmişdi.
“Biz Rusiya ilə danışıqlar aparırıq, amma İŞİD-lə mübarizə mövzusunda yox. Biz xarici dövlətlərin ordularını ölkədən qovmaq istəyirik. İndi bu haqda danışırıq” - “Taliban”ın nümayəndəsi belə deyib.
O, deyib ki, İŞİD məhv etmək üçün taliblərə heç kəsin köməyi lazım deyil. İŞİD elə də böyük olmayan qruplaşma ilə yalnız Nanaqarhar vilayətində mövcuddur:
“İŞİD elə güclü deyil ki, bizi təhdid etsin”
Putinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, XİN departamentinin direktoru Zamir Kabulov 23 dekabr tarixində demişdi ki, İŞİD-lə mübarizə sahəsində Rusiya və “Taliban”ın maraqları üst-üstə düşür. O, Moskva və “Taliban” nümayəndələri arasında xüsusi kanallar vasitəsilə informasiya alış-verişinin olduğunu qeyd etmişdi.