Neftin qiymətinin sürətlə düşməsi daha bir ölkənin iqtisadiyyatını çökdürdü - Rəsmən etiraf edildi
27-12-2015, 02:44
İraq Parlamentinin Maliyyə Komitəsinin üzvü Əhməd əl- Hac ölkənin 2016 ildə iqtisadi tənəzzül həddinə gələcəyi haqda xəbərdarlıq edib.
Avropa.info xəbər verir ki, Hac ölkəsinin iqtisadiyyatının neftdən aslı olduğunu və neftin qiymətinin enməsinin tənəzzülə səbəb olacağını deyib.
"Neftdən gələn gəlirlər 2016-cı ilin büdcəsinin dörddə birini təşkil edir. Büdcədə neftin bir barrel qiyməti 45 dollar üzərində hesablandığı halda 71 milyard dollarlıq idxalın reallaşması çətindir."
Hac neftin barrel qiymətinin 1 dollar belə düşməsinin büdcədə 1 milyard dollarlıq əksikliyə səbəb olacağını bildirib.
Neftin qiymətinin düşməsi İraq iqtisadiyyatının növbəti ildə tənəzzülə doğru gedəcəyini göstərir."