ABŞ-ın cənub-şərqində tüğyan edən tornado nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb, 80-dək sakin xəsarət alıb. APA-nın “Associated Press”ə istinadən verdiyi xəbərə görə, daşqın səbəbindən Alabama ştatında 190 yol bağlanıb, Arkanzasda onlarla ev uçub.
Missisipidə 400 evə zərər dəyib, onlardan 240-ı tamamilə uçub.
Tornadonun bir neçə ştatda hələ də davam etdiyi bildirilir. Ölənlərin sayının artacağı istisna olunmur.