Rus NATO-su: “Qarabağ konflikti qaynar fazaya keçib”

27-12-2015, 21:53           
Rus NATO-su: “Qarabağ konflikti qaynar fazaya keçib”
Tanınmamış “Dağlıq Qarabağ Respublikası”ndakı situasiya ciddi narahatlıq yaradır.

Bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibi Nikolay Bordyuja söyləyib. Onun sözlərinə görə, təcili olaraq bu regionda konfliktin eskalasiyasının qarşısı alınmalıdır:

“Biz Qafqazda baş verənləri, xüsusilə təmas xəttində artıq ağır silahların istifadə olunduğu və insan itkilərinin yarandığı Qarabağ konfliktini böyük həyəcanla izləyirik. Hesab edirəm ki, bizim dövlətlərin siyasi resursları situasiyanın destablizasiyasına heç cür imkan verməmək üçün istifadə olunmalıdır. Bu gün artıq kifayət qədər qaynar fazada olan konfliktin genişmiqyaslı hərbi toqquşmaya çevrilməsinə imkan verməmək lazımdır. Əgər bu baş versə, o zaman bütün Qafqazı təhlükə gözləyir”.

Qeyd edək ki, cəbhənin təmas xəttində vəziyyət gərgin qalmaqda davam edir. Ermənilərin cəbhənin təmas xəttində Azərbaycan ordusuna qarşı aktiv əməliyyatlarına qarşı ordumuz sərt cavab verir.

axar.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.