Putindən işləyən təqaüdçülər üçün qərar..

30-12-2015, 08:54           
Putindən işləyən təqaüdçülər üçün qərar..
Rusiya prezidenti Vladimir Putin işləyən təqaüdçülərin pensiyalarının 2016-cı il üçün nəzərdə tutulan indeksasiyasının ləğv olunması haqqında qanun imzalayıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, qanun fevralın 1-dən işləməyən yaşa görə təqaüdçülərin, yanvarın 1-dən isə kosmonavtların və onların ailə üzvlərinin pensiyalarının 4 faiz indeksasiya edilməsini nəzərdə tutur.

Bundan başqa, 2016-cı ilin aprelin 1-dən sosial pensiyaların da indeksasiya ediləcəyi nəzərdə tutulub.

Qanun işləyən təqaüdçülərin pensiyalarının 2016-cə ildə indeksasiyasının ləğv edilməsini nəzərdə tutur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.