Dünyanın nüfuzlu bankı milyonlarla dollar cərimə olundu

30-12-2015, 09:06           
Dünyanın nüfuzlu bankı milyonlarla dollar cərimə olundu
ABŞ höküməti Britaniyanın və dünyanın ən iri maliyyə konqlameratlarından sayılan “Barclays” investisiya bankını amerikalı müştərilərlə əlverişsiz əqdlər bağladığına görə, külli miqdarda cərimələyib. ABŞ-ın Maliyyə və Sənaye sektoruna Nəzarət Xidmətinin ittihamına əsasən, şirkət müştəriləri əlverişsiz olan qarşılıq investisiya fondlarına qoşulmağa təhrik edib. Buna görə, qurum “Barclays”in ziyan çəkmiş müştərilərə 10 milyon dollar həcmində təzminat ödəyəcəyi barədə qərar çıxarıb.

İnvestisiya bankı eyni zamanda 3.7 milyon dollar məbləğində cərimə ödəməli olacaq. Nəzarət Xidmətinə görə, “Barclays” 2010 - 2015-ci illər ərzində lazım olan prosedurları həyata keçirmədiyindən çox sayda müştəri daha əlverişsiz qarşılıqlı fondlara keçib. Bankın rəhbərliyi, ona qarşı irəli sürülən ittihamlarla razılaşmır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.