Dolların qlobal ehtiyatlardakı payı 64 faizə yüksəlib - BVF 31-12-2015, 11:38 Beynəlxalq Valyuta Fondu (BVF) özünün internet saytında rüblük qlobal ehtiyat göstəricilərini açıqlayıb.Məlumatlara görə, ABŞ dollarının ehtiyat valyuta kimi payı üçüncü rübdə 63.98%-ə yüksəlib.Avronun payı isə 20.3%-ə düşüb.Yaponiya iyeninin ehtiyat valyuta kimi aldığı pay isə üçüncü rübdə 3.77%-ə düşüb, ingilis funt sterlinqinin payı 4.72%-ə yüksəlib.Kanada dollarının da payı azalaraq, üçüncü rübdə qlobal ehtiyat pullarının 1.89 faizini yaradıb.Avstraliya dollarının da payı 1.84%-ə enib. Facebook-da paylaş