Səudiyyə Ərəbistanı şiə din adamı da daxil olmaqla 47 nəfəri edam etdi

3-01-2016, 01:17           
Səudiyyə Ərəbistanı şiə din adamı da daxil olmaqla 47 nəfəri edam etdi
Səudiyyə Ərəbistanında aralarında şiə din xadimi Ayətullah Nemr Bakir ən-Nemrin də olduğu 47 nəfər edam edilib.

Avropa.info xəbər verir ki, Səudiyyə Ərəbistanı daxili işlər nazirliyi 47 nəfərin şənbə günü edam edildiyi haqda məlumat yayıb.

Qeyd edək ki, Nemr ən Nemrin rəhbərlik etdiyi bir qrup 2011-2013-cü illər ərzində Səudiyyə Ərəbistanına qarşı üsyün qaldırmışdı. Səudiyyə Ərəbistani bu qrupun İranla bağlı olduğunu və idarə edildiyini bildirirdi. Nemr ən Nemr terrorçuluqda ittiham edilirdi.

Səudiyyə Ərəbistanın şiə din adamını edam etməsinə İran, İraq, Livandan sərt təpkilər olub. İraqın şiə lideri Müqtəda əl Sədri şəxsi internet səhifəsindən körfəz ölkələrində yaşayan şiələri üsyana çağırıb.

İran xarci işlər nazirliyinin sözçüsü Hüseyn Cabbar Ənsari isə Səudiyyə Ərəbistanını ölkə içindəki müxalifləri edam etməkdə ittiham edib.

İran İnqilab Korpusu yaydığı açıqlamada Səudiyyə Ərəbistanını hədələyib.

"Səudiyyə Ərəbistanı bunun bədəlini ödəyəcək."












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.