İran prezidenti Səudiyyə səfirliyinə hücumu pislədi

3-01-2016, 23:02           
İran prezidenti Səudiyyə səfirliyinə hücumu pislədi
İran prezidenti Həsən Ruhani Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə məlum hücumu pisləyib və günahkarları məhkəmə məsuliyyətinə cəlb etməyə çağırıb.
Xatırladaq ki, dünən Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi aralarında “əl-Qaidə”nin Səudiyyə qanadının lideri Faris əz-Zəhrani və şiə din xadimi ən-Nimrin də olduğu 47 nəfəri edam edib. Həmin şəxslər terrorçuluqda və ona təhrik etməkdə ittiham olunublar. Buna etiraz edənlər Səudiyyə Ərəbistanının İrandakı səfirliyinə hücum ediblər. İndiyədək İranda bu insidentə görə 40 nəfər saxlanılıb.
“Radikalların Тehranda və Məhşəddəki hərəkətlərinə, hansı kisəfirliyə və konsulluğa böyük ziyan dəyməsi ilə nəticələnib, heç bir halda bəraət qazandırmaq olmaz. Bundan başqa, bu cür hərəkətlər İran İslam Respublikasının imicini zədələyir”, – deyə İran prezidentinin saytında bildirilib.
Virtualaz.org












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.