Qazaxıstanda kütləvi şəkildə ürəyi gedən kənd sakinləri köçürülür - VİDEO

5-01-2016, 12:32           
Qazaxıstanda kütləvi şəkildə ürəyi gedən kənd sakinləri köçürülür - VİDEO
2014-cü ilin payızında məktəbdə uşaqların və müəllimlərin kütləvi şəkildə huşunu itirməyə başladığı Qazaxıstanın Berezovka kəndində sakinlərin köçürülməsi 2016-cı ildə başa çatacaq. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə regionda administrasiya rəhbəri Nurlan Noqayev bildirib.

Xatırladaq ki, 2014-cü ilin sonlarından etibarən Qazaxıstanın Berezovka kəndinin sakinləri kütləvi şəkildə huşlarını itirməyə başlamışdılar. Məktəb Karaçaqanak - iri neft-qazkondensant yatağının yaxınlığında yerləşir. İlkin araşdırmalara görə, naməlum toksik maddə insanların mərkəzi sinir sisteminə təsir edib.

Ötən ilin iyun ayında isə hökumət bəyan etdi ki, mütəxəssislər yerli məktəbdə ürəkkeçmələri Karaçaqanak yatağındakı fəaliyyətlə və müvafiq istehsalla əlaqələndirmirlər. Hadisənin səbəblərindən biri kimi məktəb yaxınlığındakı istixanalarda ekoloji normaların və standartların gözlənilməməsi göstərilib.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.