Bəhreyn İranın 6 casusunu həbs etdi

6-01-2016, 19:45           
Bəhreyn İranın 6 casusunu həbs etdi
Bəhreyn hökuməti İranın ölkədə fəaliyyət göstərən 6 casusunun tutulduğunu açıqlayıb.

Axar.az xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl Ərəbiyyə” televiziyasının verdiyi məlumata görə, ölkədə terror aktı hazırlamaqda təqsirli bilinən dəstənin iki üzvü Hizbullah lideri Həsən Nəsrullahdan 20 min ABŞ dolları məbləğində pul alıb.

Araşdırmalar zamanı məlum olub ki, dəstə üzvlərinə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən yüksək səviyyədə təlim keçirilib.

Rəsmi Tehran hadisə ilə bağlı açıqlama verməyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.