DƏHŞƏT: Ana ağlayan körpəni boğaraq öldürdü

6-01-2016, 22:19           
DƏHŞƏT: Ana ağlayan körpəni boğaraq öldürdü
Rusiyada dəhşətli qətl hadisəsi törədilib. Saratov vilayətində yaşayan 31 yaşlı ana ağlayan körpəsinin ağzına yastıq basaraq öldürüb.

Publika.az “İnterfax”a istinadən xəbər verir ki, hadisə yanvarın 2-də baş verib və övladını boğaraq öldürən qadın sərxoş olub.

Uşağın uzun müddət ağladığını eşidən qadın çıxış yolunu onu öldürməkdə görüb. Səhər ayılan qadın uşağın öldüyünü başa düşüb və yalnız iki gündən sonra polisə müraciət edib.

O, polis idarəsində yazdığı izahatda uşağı istirahətinə mane olduğu üçün öldürdüyünü bildirib.

Körpənin 6 aylıq olduğu bildirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.