Merkeldən heyrətamiz etiraf: "İrqçilik Almaniyada da var"

5-06-2020, 16:11           
Merkeldən heyrətamiz etiraf:
Almaniya kansleri Angela Merkel irqçiliyin təkcə ABŞ üçün deyil, Almaniya üçün də problem olduğunu bildirib.

Cebhe.info xəbər verir ki, o, bunları ZDF telekanalında qatıldığı proqram zamanı bildirib.

"Corc Floydun öldürülməsi və irqçilik həqiqətən pisdir. Bu, ABŞ ictimaiyyətini qütblərə ayırdı. İrqçilik keçid dövründə mövcud idi və bu gün də mövcuddur. Təəssüf ki, Almaniyada da irqçilik var. Buna görə əvvəlcə öz evimizin önünü süpürməliyik", - deyə Merkel söyləyib.

Xatırladaq ki, mayın 25-də internetdə afroamerikalı Corc Floydun saxta əskinaslarla ödəniş etməsi şübhəsilə saxlanılması anının videogörüntüsü yayılıb. Ağdərili polis afroamerikalının qoluna qandal vuraraq onu yerə yıxıb və dizi ilə boynunu sıxıb.

Videoda Floydun nəfəs ala bilmədiyinə görə qışqırması, yalvarması polisin buna əhəmiyyət vermədiyi görünür.

Bu hadisədən qısa müddət sonra saxlanılan şəxs xəstəxanada ölüb. Hadisəni törədən polis həbs olunub. Hüquq-mühafizə orqanlarının bir neçə əməkdaşı işdən çıxarılıb.

Bir neçə gündür ki, ABŞ-ın ayrı-ayrı şəhərlərində Corc Floydun ölümü ilə bağlı etiraz aksiyaları keçirilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.