Azərbaycanda həm kişilərin, həm də qadınların orta çəkisi 200 qram azalıb – RƏSMİ

29-04-2024, 11:18           
Azərbaycanda həm kişilərin, həm də qadınların orta çəkisi 200 qram azalıb – RƏSMİ
Azərbaycanda həm kişilərin, həm də qadınların orta çəkisi 200 qram azalıb – Son bir il ərzində Azərbaycanda kişilərin və qadınların orta çəkisi 200 qram azalıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, 2022-ci ildə Azərbaycanda kişilərin orta çəkisi 73,6 kq, qadınların orta çəkisi isə 66 kq olduğu halda, ötən il kişilərin orta çəkisi 73,4 kq, qadınların orta çəkisi isə 65,8 kq olub.
Ümumiyyətlə son 9 ildə həm kişilərin, həm də qadınların çəkisi ən yüksək səviyyəyə ötən il çatıb.
Onu da bildirək ki, son bir ildə kişilərin boyu 1 mm, qadınların boyu isə 2 mm azalıb.
Ötən il Azərbaycanda kişilərin orta boyu 171,3 sm, qadınların orta boyu isə 163,6 sm olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru