Azərbaycan teatr səhnəsinin artistləri Pandora sözünü eşitməmişdilər.

29-04-2024, 08:18           
Azərbaycan teatr səhnəsinin artistləri Pandora sözünü eşitməmişdilər.
İki tanınmış aktyor televiziyalardan birinin sual-cavab verilişində idi. Baxdığın məqamın sualı belə idi: Pandora qutusunda nə vardı?
1. mirvarı. 2. pul. 3. ümid və s.
Aktyorlar baxır, danışır, düşünür, baş çatladır... əcəba qutuda nə ola bilər? Biri o birinə deyir, pul. O biri bu birinə deyir: mirvari.
Söhbətdən bəlli olur ki, bu iki tanınmış, yetkin yaşlı, azı 50-60 il ömür sürmüş aktyor... ümumiyyətlə, Pandora sözünü eşitməyiblər. Pandoranın kim və ya nə olduğu, canlı, cansız, əşya, bitki olduğu haqda heç bir anlayışları yoxdur.
"Pandoranın qutusu" sözündə onlara tanış olan bircə "qutu" sözü idi. Qutuda da nə ola bilər? Ya pul, ya mirvari. Biri pul deyir, o biri mirvari deyə təkid edirdi. Qazanacaqları pulu guya zarafatla müzakirə edirdilər.
Bu iki tanınan aktyorun aralarında apardıqları söhbət, zarafatlaşma, davranış, "Pandora" sözünə dirənən boş baxışlar... teatr sənətinin, səhnənin, tv verilişlərinin gerçək bir müsibəti idi... sərgilənmişdi.
Lətifə (anekdot) kimi bir hadisə baş veriridi: Azərbaycan teatr səhnəsinin artistləri Pandora sözünü eşitməmişdilər.
Kİmdir müqəssir? Məktəbmi? Təhsilmi? Fərdin özümü? Bu ayıbı dünyaya sərgiləyən tv-lərmi? Bilmədiyini bilməyənmi? Bilgi gərəkən yerə gəlməkdən utanmayanmı?
Mehriban Vezir












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.