Tək düşünmək yox, həm də iş görmək üçün: köməyinizə ehtiyacımız var...

29-04-2024, 08:44           
Tək düşünmək yox, həm də iş görmək üçün: köməyinizə ehtiyacımız var...
Müstəqillikdən üzü bəri məmləkətimizin qarşılaşdığı suverenlik və ərazi bütövlüyünün bərpası problemi, təhlükəsizliklə bağlı məsələlər ən yüksək gözləntilər çərçivəsində pozitiv həll olundu. Doğrudan da, tarixi nailiyyətdir, indi ölkənin qarşısında ən böyük çağırış rifah dövlətinin yaradılması, sosial-iqtisadi problemlərin həllidir. Dədəmiz Qorqut demiş, “torpağı əkib-becərməsən qorumağa, qorumasan əkib-becərməyə dəyməz”, Allaha min şükür ki, torpağımızı qoruduq, indi əkib-becərmək zamanıdır. İndiki idarəetmə və iqtisadi sistem rifah dövlətinin yaranmasına mane olur, bu “oyun qaydalarını” isə ancaq seçkidə, çox vacib institut olan Parlamentdə xalqın gözləntilərinə cavab verəcək təmsilçiliklə dəyişmək olar.
Bu il Parlament seçkisi ilidir, ya yaxın həftələrdə, ən geci isə noyabrda seçki olacaq, dəyərli dostlar, bu seçkidən sonra ölkədə 5 il seçkilər nəzərdə tutulmur, yəni, məmləkətin qarısında duran fundamental problemlərin sivil həll yolları üçün bu seçki həyati əhamiyyətə malikdir. REAL Partiyası seçkilərə dekabr 2023-dən start verib, seçki qərargahı yaradılıb, ciddi hazırlaşırıq, amma sizin, hamınızın köməyinə ehtiyacımız var.
Natig Jafarli
TEREF












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.