Əliyar Ağayevin idarə etdiyi oyunda Fatih Terimin komandası uduzub - VİDEO

29-04-2024, 09:18           
Əliyar Ağayevin idarə etdiyi oyunda Fatih Terimin komandası uduzub - VİDEO
Azərbaycanın FIFA referisi Əliyar Ağayev Yunanıstan çempionatının oyununu idarə edib.

Oxu.Az xəbər verir ki, o, Superliqada “Panatinaikos” və “Aris” komandaları arasında keçirilən matçda ədaləti qoruyub.

Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək ediblər. VAR-da Kamal Umudlu, onun köməkçisi isə Andreas Fotopoulos olub. Dördüncü hakim funksiyasını Fotis Polironis yerinə yetirib.

Görüş Fatih Terimin başçılıq etdiyi “Panatinaikos”un minimal hesablı məğlubiyyəti ilə başa çatıb. Yeganə qolu ikinci dəqiqədə Alvaro Zamora vurub. Ə.Ağayev oyun ərzində ümumilikdə 11 futbolçuya sarı vərəqə göstərib. Vərəqələrdən beşi meydan sahiblərinin, altısı isə qonaqların payına düşüb.
Qeyd edək ki, bu nəticədən sonra 71 xalı olan “Panatinaikos” üçüncü, 52 xalı olan “Aris” isə beşinci pillədə qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru