Hizbullah İsrailə dron və idarə olunan raketlər atdığını bildirir

29-04-2024, 10:08           
Hizbullah İsrailə dron və idarə olunan raketlər atdığını bildirir
Livanın İran tərəfindən dəstəklənən Hizbullah hərəkatı şənbə günü bildirib ki, İsrailin üç nəfərin, o cümlədən qrupun iki üzvününü ölümü ilə nəticələnən sərhədlərarası hücumundan sonra İsrailin şimalını dronlar və idarə olunan raketlərlə hədəf alıb.

Qrupun bəyanatında deyilir ki, onlar “Əl-Manara hərbi komandanlığının qərargahına və Qolani Briqadasının 51-ci Batalyonunun qüvvələrinin toplanmasına partlayıcı dronlar və idarə olunan raketlərdən istifadə edərək kompleks hücum həyata keçiriblər.”

İsrail ordusu Dəmir Qübbə hava hücumundan müdafiə sisteminin “Livandan İsrailin şimalında Manara ərazisinə keçən şübhəli hava hədəfini uğurla vurub.”

Ordu həmçinin bildirib ki, Livandan sərhəddə yerləşən Manara ərazisinə atılan bir neçə tank əleyhinə raketin “atəş mənbələrini vurub.”

Livanın Milli Xəbər Agentliyi məlumat verib ki, İsrailin Srebbine kəndində bir evə havadan zərbəsi nəticəsində 11 nəfər yaralıb, onlardan birinin vəziyyəti ciddidir.

Bundan öncə şənbə günü ordu açıqlamasında bildirib ki, İsrailin döyüş tərraləri “Livanın cənubunda Quzah ərazisində Hizbullahın hərbi obyektini vurub.”

Qəzzada yeddi ay öncə İsrail-HƏMAS müharibəsi başlayandan bəri Livanla İsrail arasındakı sərhəddə, demək olar, hər gün atışma baş verir.

Hizbullah şənbə günü iki ayrı bəyanat yayaraq, Kfar Kila və Xiam kəndlərindən iki döyüşçünün ölümü ilə bağlı kədərini ifadə edib.

Qrup bildirib ki, onlar “Qüds yolunda şəhid olublar.” Onlar bu ifadədən İsrailin atəşi nəticəsində ölən üzvlərinə istinad etmək üçün istifadə edir.

Hizbullah şənbə günündən bazar gününə keçən gecə İsrailin şimalındakı Meronda yerləşən İsrail hərbi bazasına onlarla raket atdığını bildirib.

Qrup bunun İsrailin Livanın cənubunda bir neçə yerdə, o cümlədən Kfar Kila və Srebbinedə mülki binalara hücumlarına cavab olduğunu bildirib.

İsrail ordusunun bəyanatında deyilir ki, Dəmir Qübbə sistemi Livanın Əl-Manara bölgəsindən İsrailin şimalına atılan raketləri vurmağa müvəffəq olub.

O əlavə edib ki, Srebbine kəndində “hərbi infrastruktura” atəş açıb.

Aprelin 1-də Tehranın Dəməşq konsulluğunun bombalanmasına görə İsraillə İran arasında gərginliyin artmasından sonra Hizbullah İsraildəki hərbi obyektləri hədəfə almağı intensivləşdirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.