Husilər ABŞ-ın Reaper dronunu vurduqlarını bildirir
29-04-2024, 10:34
Yəmənin husi üsyançıları şənbə günü ABŞ ordusunun bir başqa MQ-9 Reaper dronunu vurduğunu iddia edərək, pilotsuz uçuş aparatının bilinən hissələri ilə uyğun gələn hissələrin görüntülərini yayımlayıb.
Husilər deyir ki, onlar Predator-u yer-hava-tipli raketlə vurub. Bu, onların Qəzza zolağında İsrail-Həmas müharibəsi ilə bağlı təzyiq kampaniyasında nisbi sakitlikdən sonra üsyançıların bu həftə yenilədiyi hücumlar seriyasının bir hissəsidir.
Müdafiə Nazirliyinin sözçüsü olan ABŞ Hava Qüvvələrinin polkovnik-leytenantı Bryon MakKaqi şənbə günü The Associated Press-ə etiraf edib ki, “ABŞ Hava Qüvvələrinin M1-9 dronu Yəməndə qəzaya uğrayıb. O, təfərrüata varmadan deyib ki, araşdırma aparılır.
Husilər dronun cümə axşamı onların ölkənin Səəda vilayətindəki istinadgahlarının üzərində vurulduğunu bildirib.
Husilərin yaydığı görüntülərdə, onların iddiasına görə, dronu hədəf alan raketin atılma anı əks olunub. Kamera arxasındakı səs isə dron vurulandan sonra huslərin sloqanını səsləndirir: “Allah böyükdür; Amerikaya ölüm; İsrailə ölüm; Yəhudilərə lənət, İslama qələbə.”
Görüntülərdə həmçinin dronu istehsal edən General Atomics-in loqosunun və serial nömrəsi olduğu parça daxil olmaqla bir neçə qalığın yaxından çəkildiyi şəkli daxildir.
Husilər 2014-ci ildə ölkənin şimalı və paytaxt Sənanı ələ keçirəndən bəri, ABŞ ordusu cümə axşamı vurulan dron daxil olmaqla, 2017, 2019, 2023-cü illərdə ən az beş dronunu üsyançılara itirib.
Hər biri təxminən 30 milyon dollar dəyərində olan Reaper-lər 50 min fut yüksəklikdə uça və 24 saat havada qala bilir.
Dron husilərin Qırmzı dəniz və Ədən körfəzində gəmiərə hücum edərək, İsrailin Qəzzada müharibəyə son qoymasına çağırdığı bir vaxta təsadüf edir. HƏMAS-ın nəzarət etdiyi səhiyyə nazirliyi müharibə nəticəsində orada 34 min fələstinlinin həlak olduğunu bildirir. Müharibə HƏMAS-ın başçılıq etdiyi militantlar oktyabrın 7-də İsrailə hücum edərək, 1200 nəfəri öldürüb, 250 nəfəri girob götürməsindən sonra başlayıb.
ABŞ Dəniz Administrasiyasının məlumatına görə, husilər noyabr ayından bəri gəmilərə 50-dən çox hücum həyata keçirib, bir gəmini ələ keçirib, digərini batırıb.
Husilərin hücumları son həftələrdə azalıb, belə ki, üsyançılar Yəməndə ABŞ-ın rəhbərlik etdiyi hava hücumu kampaniyasının hədəfinə çevrilib. Təhlükə səbəbilə Qırmızı dəniz və Ədən körfəzi vasitəsilə keçən gəmilərin sayı azalıb. Amerika rəsmiləri üsyançıların ABŞ-ın başçılığı ilə onlara qarşı aparılan kampaniya və son aylarda davamlı olaraq dron və raket atması səbəbilə silahlarının tükəndiyini ehtimal edir. Ancaq üsyançılar son həftədə hücumlarını artırıb.